Çərşənbə axşamı , Dekabr 3 2024
azenru
Home / Destinasiyalar / İnklərin ölkəsi-Peru

İnklərin ölkəsi-Peru

Peru-ispanların təsirlərinə baxmayaraq hindu ənənələri bu günə qədər qoruyub saxlamış Cənubi Amerika ölkəsidir. Keçmişdə ispan fəthçilərin  hücumlarına tab gətirib sağ qalmış inanılmaz bir ölkədir. İki mədəniyyətin qarışığından (yerli və avropa mədəniyyəti) burada çox rəngarəng və maraqlı bir ab-hava yaranıb.Lakin burada yerli ənənələr və inanclar hələ də çox  güclüdür. Bu isə Peruya gəlmiş hər bir turist üçün çox maraqlıdır.

Yerli əhalinin sadəcə “Rəngli Təpə” adlandırdığı əsasən “Göyqurşağı” kimi tanınan Vinikunka dağı əfsanəvi And silsiləsinə aiddir. Bu dağ inklərin paytaxtı sayılan Kusko şəhərinin yaxınlığında yerləşir.

National Geographic bu dağları “getməli olduğunuz 100 yer siyahısına daxil edib”. Həqiqətdir ki, bəzi fotoqraflar rəng effektlərini daha parlaq göstərmək üçün fotoşopdan istifadə edirlər,lakin bu məkana effektsiz də gözoxşayan mənzərəyə malikdir.

Vinikunkanın zirvəsindən Ausanqate buzlağına da gözəl mənzərə açılır.

Perunun əsas simvollarından biri də lamalardır. Google’da Perunu axtarışa verərkən qarşınıza çıxacaq ilk şəkillərdən biri lama olacaq. Lamalar Perunun endemik heyvanlarıdır. Yerli əhali lamanı ev heyvanı kimi də saxlayıırlar.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir