Bu dəfə sizinlə CNN Travel-in təqdim etdiyi ən əyləncəli aquaparkları bölüşəcəyəm.
1. Aquatica (Orlando, Florida)
Bir ədəd süni dalğalı nəhəng su hovuzu əhaliyə kifayət etmədiyi üçün Aquatica komandası daha bir böyük hovuz tikmək qərarına gəldilər və beləliklə hazırda burada yanbayan 2 ədəd iri tutumlu hovuz vardır. Başqa su parklarından üstün cəhəti təkcə ərazisinin böyük olmağı deyil. Burada şəffaf sürüşkən borular da var ki,delfinlərin yaşadığı hovuzun içindən keçir, yəni siz borudan sürüşərkən həm də delfinləri seyr edə bilərsiniz.Aquaparkın 1,360 ton yumşaq, ağ qumu və 60,000-dən çox bitki növü ilə örtülmüş qızmar çimərlikləri var.
2. Aquaventure Waterpark (Dubay, BƏƏ)
2013-ci ildən etibarən bura Yaxın Şərqin ən böyük su parkı və ən uzun sürüşkən su borusu (uzunluğu 2,3 km).
Parkın ərazisində bir neçə su gəmisi, 700 metr uzunluğunda çimərlik zonası və “Shark Lagoon” var.
3. Beach Park (Fortaleza, Braziliya)
Beach Parkı məhşur edən onun 41 metr hündürlüyündə olan slide-borusudur. Sürüşərkən sürət 64 m/s olur.
4. Siam park (Tenerife İspaniya)
Siam Park Tenerife adasında Tayland abu-havalı bir su parkıdır. Parkın ən populyar nöqtəsi 27 metr hündürlükdə məbəd formalı bir qüllədir, burada həmçinin köpəkbalığı ilə dolu bir akvarium da var.
5. Tropical Islands (Krausnick, Almaniya)
Qapalı halda inşa edilmiş ən böyük aquapark sayılır. 1 günə 6000 turist qəbul edən aquaparkın hovuzunun uzunluğu 200 metrdir.
6.Watercube Waterpark (Beijing)
Watercube Waterpark-da bütün sürüşkənlər xaricdə hazırlanmış və eksport edilmişdir. Maraqlı dizaynı ilə seçilən bu aquapark tətilinizə xüsusi əyləncə qatacaq.