Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Destinasiyalar / Britaniyalı turistlər yenidən Şri-Lankaya səyahət edə bilərlər

Britaniyalı turistlər yenidən Şri-Lankaya səyahət edə bilərlər

Britaniyanın Turizmə Nəzarət Agentliyi Şri-Lankanı təhlükəli ölkələr siyahısından çıxarmışdır. Öz turistlərinin Şri-Lankaya səyahət məhdudiyyətini aradan qaldırmışdır.

Bildiyimiz kimi, bu il aprel ayında Müqəddəs Pasxa bayramı ərəfəsində Şri-Lankada kilsədə baş vermiş terror aktı nəticəsində 250-dən çox insan vəfat etmişdir. Bu səbəbdən, bir çox ölkələr Şri-Lankaya turist göndərməyə ehtiyat edirdilər.

TTG Media-nın verdiyi məlumata görə,bu hadisə Tui daxil olmaqla bir çox opertorların müştərilərinin uzaqlaşmasına və hətta regionun bazarda zəifləməsinə gətirib çıxardı.

Britaniyanın Turizmə Nəzarət Agentliyinin icraçı meneceri Kerry Golds deyib ki: “Şri Lanka mənzərəli peyzajları, qədim, tarixi yerləri və mehriban insanları ilə məşhurdur. Hal-hazırda onların bizim dəstəyimizə ehtiyacı vardır. Turizm ölkə iqtisadiyyatının böyük bir hissəsidir və bizim öz turistlərimizə aid məhdudiyyəti ləğv etməyimiz Şri Lanka xalqı üçün şad xəbərdir”.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir