Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / Destinasiyalar / Sinqapurun hava limanında əyləncə parkı açılıb

Sinqapurun hava limanında əyləncə parkı açılıb

Sinqapurun Changi Aeroportu dünyanın ən nəhəng hava limanıdır və bu həftə aeroportun daxilində daha bir əyləncə mərkəzi istifadəyə verilib. Buranın əsas özəlliklərindən biri isə kinoteatrın olmasıdır. Sinqapur aeroportu qonaqlarına burada uzun müddət vaxt keçirmək üçün hər cür şərait yaradıb.

TPG-nin əməkdaşı Etan Steinberq keçən ay xüsusi olaraq Changi aeroportuna təşkil olunmuş “The Jewel” adlı tura çıxmışdı, lakin Canopy Park bölməsi tam hazır deyildi. 10 iyun 2019-cu ildən etibarən daha 14,000 m² sahə əlavə ediləcəyi açıqlanıb. B.Britaniya, Fransa, Hollandiya, Sinqapur və Almaniya dizaynerləri “Mirror Maze”, “Manulife Sky Nets” və “Discovery Slide” adlı bölmələrdə işlər aparırlar.

Yaşıllıqlar, hündür ağaclar, su sahələri bir anlıq elə təəssurat bağışlayır, sanki, metal və betondan ibarət tikilidə yox cəngəlliyin dərinliyində bir yerdəsən. Hətta, parkın daxilində oranqutan, timsah, xameleon, fil, dəvəquşu kimi heyvanların saxlanılması da planlaşdırılır.

Canopy hava limanının daxilində yerləşən kiçik bir tematik parkdır. Rahat zaman keçirmək üçün parkda 8 ədəd iaşə obyekti də tikilib.

Jewel Changi Airport Development şirkətinin baş icraçı direktoru Hung Jan deyir ki, “Biz hər yaş təbəqəsindən olan insanlara aid əyləncə növləri təşkil etmişik. Açıq havada keçirilən əyləncələrə görə isə  hava şəraitini hər cür tənzimləyirik.”

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir