Buta Airways-in məlumat bürosunun verdiyi məlumata görə, “Julyanı” beynəlxalq hava limanının müvəqqəti bağlanması ilə əlaqədar olaraq, 2019-cu il sentyabrın 2-dən sentyabrın 12-dək “Buta Airways”in Kiyev istiqamətində olan bütün reysləri “Borispol” beynəlxalq hava limanına həyata keçiriləcək.
Biletləri artıq əldə etmiş sərnişinlər aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.