AZAL Prezidenti Cahangir Əsgərov Le Burjedə “Paris Air Show 2019” beynəlxalq aviasiya-kosmik salonunun işində iştirak etmiş, orada bir sıra mühüm danışıqlar aparmışdır.
⠀⠀
“Paris Air Show” kosmik salonu aviasiya və kosmonavtika sahəsində dünya istehsalçılarının müasir məhsullarını nümayiş etdirən ən mühüm və nüfuzlu beynəlxalq sərgilərdən biri və dünyanın ən yaşlı aviasalonudur.
⠀⠀
Cahangir Əsgərovun “Boeing Commercial Airplanes”-in prezidenti və baş icraçı direktoru Kevin Makalisterlə görüşündə “Boeing” və AZAL arasında tərəfdaşlıq və dostluq münasibətləri yüksək qiymətləndirilmişdir. Tərəflər “Azərbaycan Hava Yolları”na və “Silk Way” aviaşirkətinə yeni geniş füzelyajlı təyyarələrin tədarükünə dair əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləmişdirlər.
Check Also
Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir
Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …