Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Digər / “Yanardağ”da qiymət dəyişikliyi ilə əlaqədar məlumat

“Yanardağ”da qiymət dəyişikliyi ilə əlaqədar məlumat

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda aparılan yenidənqurma və bərpa işlərinin nəticəsi olaraq istifadəyə verilən yeni istirahət-turizm infrastrukturu obyektləri və xidmətləri ilə əlaqədar cari ilin avqust ayının 1-dən etibarən xarici turistlər üçün qoruğa giriş haqqı 9 AZN olacaq.

Qiymət artımı yerli turistlərə şamil olunmur. Yerli ziyarətçilər üçün bu qiymət 2 AZN, tələbə biletini təqdim etməklə tələbələr üçün 1 AZN təşkil edir. 18 yaşınadək uşaqlar, milli qəhrəmanlar, müharibə veteranları, I və II qrup əlillər üçün qoruğa giriş ödənişsizdir.

Bundan əlavə, “Yanardağ” və “Atəşgah məbədi” qoruqlarına giriş hüququ verən kombinə olunmuş 11 AZN-lik biletlər, həmçinin qruplar üçün xüsusi güzəştlər mövcuddur.

Xarici turistlər üçün paket olaraq turlar təşkil edən turizm agentlikləri özləri haqqında məlumatı (ad, soyad, VÖEN, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) və 1 iyul tarixinə kimi turizm xidmətlərinin göstərilməsinə dair rəsmi olaraq bağlanılmış qüvvədə olan müqavilələrini 20 iyul 2019-cu il tarixinədək [email protected] email ünvanına göndərməklə qeydiyyatdan keçə və bununla da cari ilin sonunadək əvvəlki qiymətlərlə bilet əldə edə bilərlər.

Qeyd olunan şərtlər yalnız göstərilən tarixə qədər (20 iyul 2019-cu il) qeydiyyatdan keçən şirkətlərə şamil olunacaq.

Turistlərin rahatlığı üçün qoruğa giriş biletləri bilet satışı ofisi ilə yanaşı, www.iticket.az və qoruğun rəsmi veb saytından (www.yanardag.az) onlayn əldə edilə bilər.

Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2018-ci tarixli Sərəncamına əsasən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun rekonstruksiyası, beynəlxalq standartlara uyğunlaşdırılması və qoruq ərazisində müasir turizm infrastrukturunun yaradılması məqsədilə genişmiqyaslı bərpa-yenidənqurma işlərinin başa çatdırılması ilə əlaqədar iyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoruğun açılış mərasimi baş tutub.

Mənbə: Dövlət Turizm Agentliyi

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir