Bazar , Noyabr 3 2024
azenru
Home / İnnovasiyalar / Turizm agentlikləri üçün CRM: Satışların “satış qıfı” ilə təşkili

Turizm agentlikləri üçün CRM: Satışların “satış qıfı” ilə təşkili

Turizm agentlikləri də hər hansı digər şirkətlər kimi öz fəaliyyətlərinin avtomatlaşdırılmasına ehtiyac duyurlar. Və bir çox gündəlik əməliyyatlar günbəgün həyata keçirilməlidir ki, bu proqrama etibar oluna bilinsin. Amma, turizm sahəsi kifayət qədər spesifikdir. Firmanın rəhbəri qarşısında şirkətin fəaliyyətinin xüsusiyyətlərini nəzərə alacaq avtomatlaşdırılmış bir həll proqramı seçmək kimi çətin bir vəzifə durur.

Buna görə də, turizm agentlikləri üçün CRM sistemi seçərkən müəyyən məqamları nəzərə almaq lazımdır:

  • Satış qıfları. Turizm agentlikləri üçün CRM sistemi ilkin müraciətlərin qeydiyyatını aparmalıdır ki, bu da potensial müştəriləri maraqlı təkliflər barədə məlumatlandırmağa imkan verəcək. Bunlar isə müxtəlif axtarış filtrləri tərəfindən həyata keçirilməlidir. Menecerin fəaliyyəti qeydə alınmalıdır ki, rəhbər qeydlərə əsasən uyğun kampaniya və təkliflər barədə qərar qəbul edə bilsin. Beləliklə, satış qıfı şirkətin işlərinin necə getdiyini açıq şəkildə göstərəcəkdir.
  • Ərizələr. Bir səhifədə şirkət menecerlərinə bütün ərizələr üzrə məlumat göstərilir. Turların kreditlə alınması zamanı müştərilərin ödənişlərini və borclarını izləmək mümkün olacaq. Həmçinin menecerə hansı müştəri ilə əlaqə saxlamaq və ödəniş haqqında xəbərdar etmək lazım gəldiyini xatırladacaq.
  • Tərəfdaşlar. Turizm agentlikləri üçün CRM sistemi turizm agentliyi tərəfdaşları haqqında bütün məlumatları saxlamalıdır.
  • Müştərinin fərdi parametrləri ilə səyahətin dəyərinin hesablanmasının avtomatlaşdırılması.
  • CRM sisteminə telefoniya xidmətinin inteqrasiyası həyata keçirilərsə, o zaman, müştərilərlə olan bütün danışıq qeydlərinin saxlanılması, hər bir müştəri zənginin ona məsul olan menecerə yönləndirilməsi ilə həm müştəri məmnuniyyətini, həm də xidmət keyfiyyətini əsaslı şəkildə yüksəltmək olar.

Əgər seçilmiş CRM sistemi yuxarıda sadalanan funksiyalara malik olacaqsa, turizm firmasının fəaliyyəti effektiv şəkildə avtomatlaşdırılacaq. Beləliklə, agentlik menecerlərin standart əmək şəraitindən daha çox gəlir gətirəcək.

Müştəri münasibətlərinin idarə edilməsi, satışların artırılması üçün bütün zəruri xidmət və funksional imkanları özündə birləşdirən Cubics CRM sistemini sizə təqdim edirik. Əgər yerli bazara uyğun, Azərbaycan dilində istifadə edə biləcəyiniz bu sistemi ödənişsiz şəkildə test etmək istəyirsinizsə, https://cubics.az saytına daxil olun və “Pulsuz qeydiyyat” bölməsindən qeydiyyatdan keçin. 14 gün ödənişsiz test edin.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir