Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / Destinasiyalar / Bu dəfəki məkan Şimali İrlandiya (B.Britaniya)

Bu dəfəki məkan Şimali İrlandiya (B.Britaniya)

Bugün sizə Şimali İrlandiyada baş çəkməli olduğunuz ən gözəl və məşhur yerlərdən danışacam.

1. Belfast şəhəri Şimali İrlandiyanın paytaxtıdır, şəhərdə çoxlu sayda turistik spotlar və abidələr vardır, məsələn, Titanik muzeyi, “Queen`s” universiteti, zoopark, botanika bağı, şəhərin qədim və fərqli memarlıq nümunələri və s.

2.Dark Hedges- Nəhəng fıstıq ağaclarının əmələ gətirdiyi tunel şəklində bir xiyabandır. “Game of Thrones” filminin bir neçə epizodunda çəkildikdən sonra bu yerə turistlər böyük  maraq göstərməyə başlamışdır.

4.”Giant’s Causeway” kimi tanınan, Nəhənglərin yolu kimi tərcümə olunan bu məkan çox qədimdə vulkan püskürməsi nəticəsində yaranan  40 minə yaxın bazalt daşının birləşməsindən yaranıb.

5. Asma körpü Carrick-a-Rede. Təxminən, 350 il yaşı olan bu körpü Kerrik adası ilə quru əlaqəsinin yaradılması məqsədilə tikilmişdir.

6. Vaxtınız qalarsa, həmçinin, sıldırım qayaların üzərində tikilmiş Donlius qəsrini də ziyarət edə bilərsiniz. Bu məkan həqiqətən gözoxşayan mənzərəyə malikdir.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir