Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / Tədbirlər / Gəncə-Qazax regionunun turizm bələdçiləri üçün təlim keçirilib

Gəncə-Qazax regionunun turizm bələdçiləri üçün təlim keçirilib

 

10-15 avqust tarixlərində Azərbaycan Turizm Bürosu, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası və “Regional İnkişaf” İctimai Birliyi Şəmkir rayonunda turizm bələdçiləri üçün təlim təşkil edib.

Təlim Avropa İttifaqı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən maliyyələşdirilən “Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək (SLRD)” layihəsi çərçivəsində keçirilib.

“Gəncə-Qazax iqtisadi rayonunda tematik marşrutlar üzrə turizm bələdçilərinin hazırlığı” mövzusunu əhatə edən təlimlərdə iki qrupa bölünməklə regiondan olan 30 nəfər iştirak edib.

Onlara Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının beynəlxalq standartlarını əks etdirən proqram tədris olunub.

İştirakçılar üçün şərabçılıq turizmi, təbiət turizmi, gəzinti və məkan turu kimi praktiki hissə də təşkil olunub və kreativ ideyaların aşılanması məqsədilə tematik marşrutların tərtibatı istiqamətində dərslər keçirilib.

Beynəlxalq təlimçi Səkinə Əsgərova tərəfindən tədris olunan təlim proqramı çərçivəsində iştirakçılar “Alman irsi mədəniyyət evi”ni ziyarət ediblər və orada nümayiş olunan materiallarla tanış olublar.

Sonda təlimə cəlb olunanların bilik səviyyəsinin müəyyən edilməsi məqsədilə nəzəri attestasiya təşkil olunub.

Avqustun 23-də imtahan nəticələri açıqlanacaq və uğur qazanan şəxslər Azərbaycan Turizm Bələdçiləri Assosiyasiyasının “Regional turizm bələdçisi” şəhadətnaməsi ilə təltif ediləcəklər.

Qeyd edək ki, daha əvvəl Şəki-Zaqatala regionunu əhatə etmiş müvafiq təlimlərin ölkəmizin digər bölgələrində də keçirilməsi planlaşdırılır.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir