Cümə , Noyabr 22 2024
azenru
Home / Tədbirlər / Bakıda 4-cü Azərbaycan Turizm Forumu keçirildi

Bakıda 4-cü Azərbaycan Turizm Forumu keçirildi

 

Tourism Lab. şirkətinin təşkilatçılığı ilə artıq 4 ildir keçirilən Azərbaycan Turizm Forumu bu il də öz ənənəsinə sadiq qalaraq növbəti tədbirini təşkil edib. Forum 18 sentyabr tarixində Azərbaycan Turizm Bürosu dəstəyi və Abşeron Otellər Qrupunun sponsorluğu, Vitam reklam həlləri, Carlsberg Azərbaycan, Logix şirkətinin gold sponsorluğu, Brand Up, PPA architects, Hazars Group, Baku Translation şirkətlərinin sponsorluğu ilə Bulvar Otelin konfrans zalında baş tutub.

Tourism Lab. komandası turizm istiqamətində 2016-cı ildən bəri müxtəlif layihələr və forumlar təşkil edir. Bütün bu tədbirlər milli turizmin ən yaxşı nümunələrini ortaya qoyur. Forum Azərbaycanda bu istiqamətdə yaradılmış ilk platformadır. Bu platforma nəinki turizm sənayesinin mütəxəssislərinə, həmçinin fərqli sənayenin və turizmdə yeni biznes qurmaq istəyən hər kəs üçün açıqdır. Əlaqələr yaratmaq Forumun əsas istiqamətlərindən biridir.

Keçirilən forumda 900 nəfərə yaxın iştirakçı olub. Bu iştirakçılar əsasən otellər və turizm agentliklərinin əməkdaşları, Almaniya, Avstriya, İsveçrə tur operatorları, siğorta şirkətləri, turizm sahəsində maraqlı olan digər şirkətlər, hava yolu şirkətləri, turizm informasiya mərkəzləri, restoran və digər keyterinq şirkətləri olublar.

 

Bu il keçirilən Azərbaycan Turizm Forumu yeniliklikləri ilə forum iştirakçılarının qarşısına çıxıb. Tədbir 3 sessiyadan ibarət olub. 1-ci sessiyada  “Turizmdə Strategiyalar” mövzusunda sahənin tanınmış turizm mütəxəssisləri fikirlərini bölüşüblər. Spikerlər Bahar Qəniyeva – Abşeron Otellər Qrupu – Gəlirlər və Biznesin İnkişafı üzrə Qrup Direktoru, Leonid Marmer – Amadeus ACO Russia & CIS – General Director, Eldar Əlimuradov – Otellərin Açılışı üzrə Baş Direktor – Abşeron Otellər Qrupu, Balaş Maqsudbəyli – Bələdçi, Səkinə Əsgərova – Azərbaycan Turizm Bürosu, Rüfət Bağırov – Bakı Turizm İnformasiya Mərkəzi – Direktor çıxış ediblər. 2-ci sessiya “Turizmdə İnnovasiyalar” mövzusu olub. Bu sahənin tanınmış mütəxəssisləri öz təcrübələrini forum iştirakçıları ilə bölüşüblər. Sərdar Əliyev – Azərbaycan Hava Yolları Tarif Siyasəti şöbəsinin rəisi, Nərmin Rzayeva – Şirkətin Regional Meneceri – PPA Architects, Tamilla Nağıyeva – Revify – distribütorluq və Sistemlər üzrə Mütəxəssisi spiker qismində çıxış ediblər. 3-cü sessiya isə “Turizmdə blogerliyin və influenserliyin effekti” mövzusunda turizm blogerlərinin interaktiv çıxışları ilə yadda qalıb. Sara Rəcəbli – Turizm sektorunda sahibkar, Jalə Ələkbərova, Həvva Səfərova, Fərid Novruzi öz təcrübələrini forum iştikaçıları ilə bölüşüblər. Forum maraqlı diskussiyalarla yadda qalıb.

Şərhlər

şərhlər

Check Also

Turizm Təlim və Sertifikasiya Mərkəzi 2021-ci il üçün təlim proqramını elan edib

Azərbaycan Turizm Bürosunun nəzdində olan Turizm Təlim və Sertifikasiya Mərkəzi 2021-ci ilin ilk yarısı üçün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir