Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Nəqliyyat / Çində dünyanın ən böyük beynəlxalq aeroportu – Pekinin Dasin hava limanının açılış tarixi yaxınlaşır

Çində dünyanın ən böyük beynəlxalq aeroportu – Pekinin Dasin hava limanının açılış tarixi yaxınlaşır

Çində dünyanın ən böyük beynəlxalq aeroportu – Pekinin Dasin hava limanı açılacaq. Aeroportun binasını İraq əsilli İngilis  memar Zaha Hadid layihələndirib.

Rekord ölçüdə olan aeroport Pekinin Dasin rayonunda inşa olunur. Aviaqovşaq Pekinin mərkəzindən 46 kilometr aralıda yerləşir. Aeroportun iri nəqliyyat qovşağına çevriləcəyi bildirilir. Hava limanında aviaterminaldan başqa dəmiryolu xətlərinin qovşağı da olacaq və aeroportun altında yerləşəcək.

Nəhəng kompleksdə 80-ə yaxın çıxış olsa da, terminalın özünəməxsus forması hesabına, onun mərkəzindən uçuş-eniş zolağına aparan istənilən çıxışa bir neçə dəqiqə ərzində çatmaq olacaq.

Aeroportun nəhəng “hörümçək toru” artıq hazırdır. Pekin Dasin tamamilə baryersiz olacaq. 2022-ci ildə XIII Qış Paralimpiya Oyunlarının iştirakçılarını qarşılayacaq.

Şərhlər

şərhlər

Check Also

Müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi vaxtı uzadıldı.

“Azərbaycan Hava Yolları”nın mətbuat xidməti bildirir ki, 31 yanvar 2021-ci il tarixədək Azərbaycan Respublikasının bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir