Cümə , Noyabr 22 2024
azenru

Azərbaycanın turizm təbliğat videoçarxı dünya üzrə Qran-Pri ilə mükafatlandırıldı

Noyabrın 12-də Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) tərəfindən keçirilən müsabiqədə Azərbaycanın tanıtım videoçarxı “İnsanların seçimi” nominasiyasının əsas mükafatı olan Qran-Pri mükafatına layiq görülüb.

 “Biz çox şadıq ki, Azərbaycanın turizm təbliğat videoçarxı ölkəmizin turizm potensialı haqqında dolğun təsəvvür yarada bilir və hər kəsi Azərbaycana gəlməyə, ölkə turizminin malik olduğu zənginliklərə bir daha baxmağa həvəsləndirir”, deyə tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib və hər kəsi ölkəmizi ziyarət etməyə çağırıb.

140 ölkənin qatıldığı müsabiqənin nəticələri Avstriyanın paytaxtı Vyanada baş tutan mükafatlandırma mərasimində açıqlanıb.

Xatırladaq ki, “Azerbaijan: Take Another Look” (“Azərbaycan: bir daha bax”) şüarı əsasında hazırlanan turizm tanıtım videoçarxı Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) tərəfindən keçirilən “Dünyada turizm sahəsində çəkilən ən yaxşı film və tanıtım çarxı” müsabiqəsində iştirak edirdi.

Dövlət Turizm Agentliyi turizm potensialımızın təbliğatında mühüm rol oynayan videçarxın səsverməsində aktiv iştirak edən hər kəsə təşəkkürünü bildirir.

Mənbə: Azərbaycan Dövlət Turizm Agentliyi

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir