Bazar ertəsi , Noyabr 4 2024
azenru
Home / Təhsil / Les Roches və Glion Beynəlxalq Turizm Universitetləri arasında əməkdaşlıq Memorandumu imzalandı.

Les Roches və Glion Beynəlxalq Turizm Universitetləri arasında əməkdaşlıq Memorandumu imzalandı.

Memorandum Bakıda AzTa rəhbəri Nahid Bağırov və Les Roches Universitetinin Direktoru Cənab Karlos Diez de la Lastra arasında imzalanıb.

Azərbaycanda turizmin inkişafına yönələn Memorandum, birgə layihələrin, turizm sahəsində birgə tədqiqatların, treninq proqramlarının hazırlanması və həyata keçirilməsi, eləcə də təcrübə mübadiləsini nəzərdə tutur.

“Azərbaycan Turizm Assosiasiyasının prioritet istiqamətlərindən biri, ölkədə turizm peşəsinin keyfiyyətinin artırılması, eləcə də kadr çatışmamazlığı probleminin aradan qaldırılmasıdır.

Les Roches və Glion Beynəlxalq Turizm Universitetləri ilə imzalanan Memorandum həm AzTa, həm də turizm sahəsinin növbəti uğurudur. Razılaşmaya əsasən həm qonaqpərvərlik sahəsinin mütəxəssisləri, həm də bu sahədə karyera qurmaq istəyənlər üçün bakalavr, magistr və diplomdan sonrakı proqramlar üzrə xüsusi şərtlərlə təhsil almaq imkanı yaradır”, – bunu AzTa rəhbəri Nahid Bağırov deyib.

Cənab Karlos Diez de la Lastra öz növbəsində turizm sahəsində peşəkar kadrların fəaliyyətinin vacibliyini xüsusi qeyd etdi və gələcək birgə fəaliyyətdə həm AzTa, həm Universitetlərə uğurlar arzuladı.

Glion və Les Roches Universitetlərin Azərbaycandakı yeganə nümayəndəsi “Prime Education” şirkətidir.

Glion və Les Roches Universitetlərində indiyə kimi 100-dən çox azərbaycanlı tələbə dərs alıb ki, onlardan 50 nəfəri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində həmin Universitetlərdə təhsil alıb. Hər iki universitetin məzunları Azərbaycanın və dünyanın aparıcı şirkətlərində fəaliyyət göstərirlər.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir