Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / İnnovasiyalar / İsveçrədən Fransaya metro istifadəyə veriləcək

İsveçrədən Fransaya metro istifadəyə veriləcək

Dekabr ayının ortalarında İsveçrə və Fransa arasında dəmir yolu ekspressinin istifadəyə verilməsi planlaşdırılır. Layihə çərçivəsində Avropada qurulan ən böyük transsərhəd məhz bu şəbəkə olacaqdır.
Léman Express dəmir yolu sistemi dekabrın 15-də istifadəyə veriləcək. Dəmir yolu Cenevrədəki stansiyalarla birlikdə, Franko-İsveçrə sərhədinin hər iki tərəfində yerləşən 45 stansiyanı birləşdirəcək. Yolların uzunluğu 230 km olacaq. 330 milyon avro dəyərində olan layihə Cenevrədə, eləcə də Fransanın Anmas, Belhard və Annecy kimi bir neçə şəhərində əhalinin artması problemini həll etmək üçün nəzərdə tutulub.
Açıldıqdan sonra dəmir yol şəbəkəsi gündə 50 mindən çox sərnişin daşıya biləcək.
Layihənin təşəbbüskarları bu planın vacib hissəsinin Cenevrənin mərkəzindəki yeni stansiyaların xətləriylə maneəsiz bağlanması olduğunu vurğulayıllar . Bu, insanların şəhərin mərkəzinə rahatlıqla çatmasına imkan yaradacaq. Şəbəkə digər nəqliyyat sistemlərinə, eləcə də ictimai infrastruktura qoşulacaq.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir