Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Tədbirlər / Azərbaycanlı aşpazlar ölkəmizin qastroturizm potensialını təbliğ ediblər

Azərbaycanlı aşpazlar ölkəmizin qastroturizm potensialını təbliğ ediblər

Azərbaycan Kulinariya Mütəxəssislərinin Assosiasiyasını təmsil edən aşpazlar Birləmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən kulinariya çempionatında 1 diploma, 5 bürünc və 1 gümüş medala layiq görülüblər.
Müxtəlif ölkələrdən 50 komandanın mübarizə apardığı çempionat 9-11 dekabrda baş tutub.

Azərbaycan nümayəndə heyəti çempionatda Dövlət Turizm Agentliyinin təşkilatçılığı və dəstəyi ilə iştirak edib.

“SIAL Middle East 2019” qida sərgisi çərçivəsində, Ümumdünya Usta Aşpazlar Birlikləri Assosiasiyası (WACS) və BƏƏ Aşpazlar Gildiyası tərəfindən təşkil edilən yarışmada Azərbaycanı 1-i hakim olmaqla, 4 aşpaz təmsil edib.
Komandanın rəhbəri Orxan Muxtarov Azərbaycanın qastronomiya destinasiyası kimi təqdimatı və milli kulinariyamızın təbliği məqsədilə növbəti il də bu növ tədbirlərdə iştirak üçün müvafiq beynəlxalq təşkilatlara müraciət ediləcəyini bildirib.
2009-cu ildən bəri hər il keçirilən “SIAL Middle East 2019” beynəlxalq qida sərgisidir və Yaxın Şərq bölgəsində qida və içki sektoru üzrə, eləcə də qonaqpərvərlik sənayesində ən böyük tədbirlərdən biri hesab olunur.

28 mindən çox insan tərəfindən ziyarət edilən sərgiyə 40-dan çox ölkədən 1000-ə yaxın iştirakçı qatılır və 30-dan çox ölkə milli pavilyonla təmsil olunur.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir