22 Dekabr “Passaj 1901″ bazarının ərazisində Azərbaycan Dövlət Turizm Agentliyinin təşkilatı dəstəyi, Paşa Bankın sponsorluğu ilə ” Turizm və Milli Mətbəxin İnkişafına dəstək” İB 5-ci Azərbaycan Mövsümü Turizm Yarmarkasını təşkil edəcək. Yarmarkaya hər kəs dəvətlidir.
Qeyd edək ki, “Turizm və Milli Mətbəxin İnkişafına Dəstək” ictimai birliyi 2016-cı ildən fəaliyyət göstərir. Əsas məqsədimiz turizm və milli mətbəx sahəsində dövlət siyasətinə ictimai səviyyədə dəstək verməkdir.