Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Xəbərlər / “Azərbaycan Hava Yolları”nın prezidenti İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

“Azərbaycan Hava Yolları”nın prezidenti İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

“Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov dekabrın 26-da İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sami Asem Ğoşehlə görüşüb.

Bu görüş İordaniya Haşimilər Kralı II Abdullah ibn Əl-Hüseynin cari ilin 10 dekabr tarixində Azərbaycana rəsmi səfərinin yekunları əsasında baş tutub. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları”nın rəhbərliyinə iki ölkə arasında birbaşa hava əlaqəsinin qurulması barədə tapşırıq verib.

Cahangir Əsgərov və Sami Asem Ğoşeh bütün prosedur məsələləri başa çatdırıldıqdan sonra Bakı ilə Əmman arasında uçuşların 2020-ci ilin may ayının sonundan etibarən həyata keçiriləcəyi barədə razılıq əldə ediblər.

Reyslər həftədə iki dəfə “Buta Airways” aviaşirkətinin “Embraer 190” təyyarələri ilə yerinə yetiriləcək.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir