Cümə , Noyabr 22 2024
azenru
Home / Nəqliyyat / Bakı-Quba-Rusiya sərhədi yolu ödənişli olacaq

Bakı-Quba-Rusiya sərhədi yolu ödənişli olacaq

Azərbaycanda bir neçə ödənişli avtomobil yolunun tikintisi nəzərdə tutulur.

Bunu “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib.

O bildirib ki, ödənişli yol qismində Ələt-Astara yolu nəzərdə tutulub. Bu yol sürücüyə 39 kilometr məsafəyə qənaət etməyə imkan verəcək.

Bundan başqa, mövcud yola paralel yerləşən və sürücüyə 18 kilometr məsafəyə qənaət etməyə imkan verəcək Bakı-Quba-Rusiya sərhədi yolu da ödənişli olacaq.

S.Məmmədovun sözlərinə görə, Avropada və digər inkişaf etmiş ölkələrdə bu təcrübə geniş yayılıb. Azərbaycanda isə yolların tikintisi və təmiri adətən dövlət büdcəsi hesabına həyata keçirilir.

 

Trend.az

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir