Bir müddət öncə Saint-Nazaire (Fransa) gəmiqayırma zavodunda bəşər tarixində ən böyük gəmi istehsal olunmuşdur. Bu səyahət gəmisinin adı “Dənizlərin harmoniyası”dır (Harmony of the Seas).
Gəminin inşası 1 mlrd. ABŞ dollarına başa gəlib və ümumilikdə 6,3 min nəfər sərnişin daşımaq qabiliyyətinə malikdir. Ümumi uzunluğu 362metr olan layner 16 göyərtədən ibarətdir. Laynerin çəkisi 120 min ton, eni 66 metr, ekipajı isə 2,1 min nəfərdir.
Qeyd edək ki,”Dənizlərin harmoniyası” Amerika şirkəti tərəfinfən satın alınıb.
Bu möhtəşəm səyahət gəmisinin şəkillərini sizə təqdim edirik.