Azərbaycandakı bütün turizm bələdçiləri Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası tərəfindən qeydiyyatdan keçiriləcək.
Bunu Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) həmtəsisçisi, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyalar Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova deyib.
Onun sözlərinə görə, həmin bələdçilər haqqındakı məlumatlar ATBA-nın məlumat bazasına daxil ediləcək.
S.Əsgərova bildirib ki, hazırda turizm sənayesində 600-ə yaxın turizm bələdçisi fəaliyyət göstərir. Həmin bələdçilərin 300-ə yaxını ATBA-nın məlumat bazasında qeydiyyatdan keçib:
“Onlar bizimlə birbaşa əməkdaşlıq edirlər. Digər 300 bələdçini də qeydiyyatdan keçirəcəyik. Bu il ərzində bütün turizm sənayesi üzrə bu işi həyata keçirməyi nəzərdə tutmuşuq”.
Trend.az