Cümə , Noyabr 22 2024
azenru
Home / Xəbərlər / Çinin Vuhan şəhərində kütləvi turizmə qadağa qoyulub

Çinin Vuhan şəhərində kütləvi turizmə qadağa qoyulub

Çinin orta bölgəsindəki Hubei əyalətinin paytaxtı Vuhan şəhərində yeni tipli pnevmoniya xəstəliyinin sürətlə yayılması ilə əlaqədar sərnişin nəqliyyatına nəzarət gücləndirilərək sakinlərin kütləvi halda başqa yerlərə getməsinə, həmçinin ev heyvanları və quşlar aparmasına qadağa qoyulub.

 

Travelnews.az TASS-a istinadən xəbər verir ki, yerli səhiyyə komitəsinin tətbiq etdiyi yeni qaydalara əsasən, polis avtomobil nəqliyyatını ciddi yoxlamağa başlayıb.

 

Sözügedən xəstəliyin virusunun yayılmağa başladığı Vuhan şəhərində hələ ötən həftədən dəmir yolu stansiyalarında, avtovağzallarda istilik detektorları quraşdırılıb, xəstəxanalarda yoluxanlar üçün ayrıca 800 çarpayı ayrılıb. Bazar günündən xaricə getməyə hazırlaşanların ciddi müayinəsinə başlanılıb.

 

Qeyd edək ki, hazırda Çində yeni virusla yoluxanların sayı 224 nəfərdir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir