2019-cu ildə Azərbaycanda mehmanxanaların gəlirləri əvvəlki illə müqayisədə 25,2 faiz çox və ya 450,2 milyon manat olub.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, gəlirlərin 66,0 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,8 faizi ictimai iaşə xidmətlərindən, 2,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2019-cu ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 22,1 faiz (2018-ci ildə 20,8 faiz) təşkil edib. Bu göstərici Naftalanda 55,0 faiz, Qubada 44,5 faiz, Qəbələdə 36,6 faiz, Beyləqanda 32,2 faiz, Bakıda 31,8 faiz, Şabranda 24,2 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub.
Mehmanxanaların birdəfəlik tutumundan il ərzində istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (46,4 faiz) avqust ayında qeydə alınıb.
Trend.az