Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Tədbirlər / Azərbaycanın turizm imkanları Hindistanda nümayiş olunur

Azərbaycanın turizm imkanları Hindistanda nümayiş olunur

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm şirkətləri Hindistanın Mumbay şəhərində keçirilən “OTM Mumbai 2020” sərgisində iştirak edir.
Fevralın 5-dək davam edəcək sərgi çərçivəsində yerli və beynəlxalq turizm şirkətləri ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir, həmçinin Azərbaycanın təklif etdiyi müxtəlif turizm imkanları müzakirə olunur.
Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid qeyd edib ki, Hindistan Azərbaycan üçün böyük potensiallı prioritet bazardır və “OTM Mumbai 2020” sərgisi Azərbaycanın turizm potensialının tanıdılması üçün əlverişli platformalardan biridir.
“2020-ci ildə korporativ, toy və digər turizm növləri üzrə daha çox səyahətçinin cəlb edilməsini, həmçinin haykinq və ornitoloji turizm kimi yeni turizm məhsullarının təklif olunmasını planlaşdırırıq. Asanlaşdırılmış viza proseduru, iki ölkə arasında mədəni və tarixi əlaqələri nəzərə alaraq 2020-ci ildə daha çox hindistanlı turisti qarşılamaq niyyətindəyik”, – deyə Florian Zenqstşmid bildirib.

“OTM Mumbai” hər il keçirilən B2B formatlı turizm ticarət sərgisidir və turizm sənayesinin dünya üzrə aparıcı nümayəndələrini bir yerə toplayır.

2019-cu ildə sərgidə 55 ölkədən mindən çox turizm şirkəti təmsil olunub və 15 mindən artıq ziyarətçi sərgiyə qatılıb.
Məlumat üçün qeyd edək ki, 2019-cu ildə Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 65 min nəfər təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 66.8% artım deməkdir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir