Azərbaycan və İran Tehranda turizm konfransı keçirəcək.
APA-nın Tehran bürosunun məlumatına görə, ixtisaslaşmış turizm konfransı fevralın 15-də Tehranda iki ölkənin rəsmilərinin iştirakı ilə keçirələcək.
Konfrans Tehran Beynəlxalq Turizm sərgisi çərçivəsində Azərbaycan və İranın turizm potensialı ilə tanışlıq və iki ölkənin əməkdaşlığının artırılması məqsədilə keçiriləcək.
Konfransda İranın Mədəni irs, turizm və əl işləri naziri Əli Əsğər Munisan, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, hər iki ölkənin səfirləri və digər rəsmilər iştirak edəcəklər.
Qeyd edək ki, İranın Mədəni irs, turizm və əl işləri nazirinin müavini Vəli Teymuri APA-nın Tehran bürosuna açıqlamasında Azərbaycanın Tehran beynəlxalq sərgisində xüsusi qonaq kimi iştirak edəcəyini bildirmişdi.