Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / Xəbərlər / Koronavirus daxili turizmin inkişafına müsbət təsir edə bilər- Kənan Quluzadə

Koronavirus daxili turizmin inkişafına müsbət təsir edə bilər- Kənan Quluzadə

Koronavirus dünyada daxili turizmin inkişafına müsbət təsir edə bilər. Çünki bu virusa görə dünyada insanlar ölkələrindən çıxmağa çəkinirlər.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, bu il Azərbaycana gələn turistlərin sayının artımı ilə bağlı proqnoz özünü doğrultmaya bilər: “Bu il üçün proqnozlaşdırırdıq ki, Azərbaycana gələn turistlərin sayı təxminən 10 faiz artacaq. Amma bu rəqəmi korrektə edirik. Bu rəqəmi korrektə etmək təkcə bizdən asılı deyil. Bu qlobal vəziyyətdən, regional və milli səviyyədə verilən qərarlardan asılıdır”.

Qurum rəsmisi qeyd edib ki, koronavirus böhranı təkcə dövlət səviyyəsində verilən qərarlardan asılı deyil. “Bu, ümumi qlobal, psixoloji böhrandır. Bütün dünyada bir psixoloji panika yarandığı üçün insanlar səfərlərini təxirə salırlar. Bu, bütün dünyaya aiddir. Ona görə də dəqiq rəqəmləri yekunda biləcəyik”, – deyə K.Quluzadə bildirib.

AZƏRTAC

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir