Cümə , Noyabr 22 2024
azenru
Home / Tədbirlər / Dövlət Turizm Agentliyi ilə İCOMOS əməkdaşlığının perspektivləri müzakirə olunub

Dövlət Turizm Agentliyi ilə İCOMOS əməkdaşlığının perspektivləri müzakirə olunub

UNESCO-nun Parisdə yerləşən baş qərargahında Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti qurumun Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şurasının (İCOMOS) baş direktoru Mari-Lor Lavenir (Marie-Laure Lavenir) ilə görüşüb.
 
Ölkəmizin UNESKO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimovun da iştirak etdiyi görüşdə Turizm Agentliyi ilə İCOMOS arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
 
Belə görüşlərin əhəmiyyətinə toxunan F.Nağıyev gələcəkdə sıx əməkdaşlıq aparılacağına əminliyini bildirib. Agentliyin yaranma tarixi, strukturu, eləcə də qurumun Qoruqları İdarəetmə Mərkəzi və onun fəaliyyəti haqqında ətraflı məlumat verib.
 
Görüşdə İCOMOS ilə bir sıra istiqamətlərdə, xüsusilə də təcrübə mübadiləsi sahəsində əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Şəki nominasiyası – Şəki şəhəri və Xan Sarayının Ümumdünya İrs Siyahısına salınması ətrafında fikir mübadiləsi aparılıb. Bu istiqamətdə gələcək əməkdaşlıq nəzərdən keçirilib.
 
Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şurasının (İCOMOS) baş direktoru Mari-Lor Lavenir UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakıya səfərini xatırlayıb. Azərbaycanda geniş turizm imkanlarının olduğunu vurğulayaraq, rəhbərlik etdiyi qurumun ölkəmizlə bu sahədə əməkdaşlıq etməyə və təcrübələrini bölüşməyə hazır olduğunu bildirib.
 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir