Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus (COVİD-19) infeksiyasının qlobal xarakterli pandemiya elan olunduğunu nəzərə alaraq, COVİD-19 virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində 15 mart tarixindən etibarən “Azərbaycan Hava Yolları”-nın Bakı – Paris – Bakı, Bakı – Berlin – Bakı, Bakı – Nursultan – Bakı, Bakı – Aktau – Bakı, Bakı – Alma – Ata – Bakı istiqamətləri üzrə uçuşları müvəqqəti olaraq dayandırılır.
Operativ Qərargahın 12 mart 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının səfirlik və baş konsulluqları tərəfindən ölkəyə giriş vizalarının rəsmiləşdirilməsi müvəqqəti olaraq məhdudlaşdırılmış əsasda veriləcəkdir.