Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / Nəqliyyat / Azərbaycan vətəndaşlarının Türkiyədən qayıtması üçün çarter reyslər ayrılacaq

Azərbaycan vətəndaşlarının Türkiyədən qayıtması üçün çarter reyslər ayrılacaq

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən ölkə vətəndaşları və Azərbaycandakı Türkiyə vətəndaşlarının ölkəsinə dönməsi üçün martın 15-də iki çarter reysi ayrılacaq:

TK 332 IST-GYD – 08:55 (Yerli vaxtla) Azərbaycan vətəndaşları

TK 334 IST-GYD – 16:00 (Yerli vaxtla) Azərbaycan vətəndaşları

TK 333 GYD-IST – 13:45 (Yerli vaxtla) Türkiyə vətəndaşları

TK 335 GYD-IST – 20:50 (Yerli vaxtla) Türkiyə vətəndaşları

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdandan aldığımız məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə Respublikası və Azərbaycan Respublikası vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərin geri qaytarılması mexanizmi ilə bağlı 15 mart 2020-ci il tarixdə əlavə məlumat veriləcəkdir.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, qeyd olunan şəxslərin Azərbaycana qayıtması üçün çarter reyslər ayrılacaq. Türkiyədən qayıdan şəxslər müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaq.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir