ABŞ rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar olaraq bütün dünydakı səfirlikərdə standart viza xidmətlərinin göstərilməsin dayandırır.
Bu barədə ABŞ Dövlət Departamentinin Tvitter səhifəsində elan verilib.
«Dövlət Departamenti 20 martdan etibarən bütün dünyada standart viza xidmətlərini dayandırır. Həmin tarixdən etibarən ABŞ-ın bütün səfirlik və konsulluqlarında viza ilə bağlı təyin edilmiş görüşlər ləğv edilir».
Bununla yanaşı, Dövlət Departamenti bildirib ki, imkan daxilində ABŞ-a gəlişi vacib olan şəxslərin viza müraciətlərinə baxılacaq. Qurumda standart viza rejiminin nə vaxt başlanacağını bildirməyiblər.