Rusiya hökuməti koronavirus epidemiyası ilə əlaqədar olaraq bütün ölkələrlə müntəzəm və çarter aviauçuşlarını dayandırır.
Bu barədə Rusiya Nazirlər Kabinetinin qərarında deyilir.
Qərara əsasən, yalnız xaricdə qalan Rusiya vətəndaşlarını gətirmək məqsədilə reyslər təşkil olunacaq.
Uçuş qadağası martın 27-dən qüvvəyə minir.
Qeyd edək ki, bu günə qədər 658 nəfər koronavirusa yoluxub, 3 nəfər həyatını itirib.
Trend.az