Bazar , Noyabr 24 2024
azenru
Home / Nəqliyyat / Aviaşirkətlərin sərnişin daşınması üzrə gəlirləri 44% azalacaq

Aviaşirkətlərin sərnişin daşınması üzrə gəlirləri 44% azalacaq

Koronavirusun (COVID-19) turizm və aviaşirkətlərə mənfi təsir göstərməsi nəticəsində bu il aviasiya və əlaqəli sektorlarda dünya miqyasında ümumilikdə 25 milyon insan işini itirə bilər.

Bu barədə Beynəlxalq Hava Nəqliyyatı Birliyinin (IATA) açıqlamasında bildirilir.

“Təxminən, 65,5 milyon insanın işlədiyi səyahət və turizm sektorunda məhdudiyyətlərin daha 3 ay davam edəcəyi halda, qlobal olaraq bu və əlaqəli sektorlarda çalışan 25 milyon insanın işi təhlükə altındadır”,- qurumun açıqlamasında bildirilir.

Bundan başqa, bu ilin II rübündə aviasiya sektorunda tələbin 70% azalacağını, aviaşirkətlərin 61 milyard ABŞ dolları nağd pul itirəcəyi və onların sərnişin daşınması nəticəsində əldə etdikləri gəlirləri ötən ilə nisbətən 44% azalacağı proqnozlaşdırılıb.

Report.az

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir