Bazar , Noyabr 24 2024
azenru
Home / Xəbərlər / Airbus təyyarələrin istehsalını azaldır

Airbus təyyarələrin istehsalını azaldır

Koronavirusun dünyada yayılması ilə bağlı məhdudiyyətlər Avropanın “Airbus” aviasiya-kosmik korporasiyasını sərnişin təyyarələrinin istehsalını üçdə bir azaltmağa məcbur edib.

Şirkət bu barədə öz saytında müvafiq bəyanat yerləşdirib.

“İxtisarlar [İstehsalın] öncəki moronavirus dövrü ilə müqayisədə təxminən üçdə bir təşkil edib”, – bəyanatda bildirilir. Yeni normativlər A320, A330 və A350 növ təyyarələr üçün nəzərdə tutulub və ayda müvafiq olaraq 40, 2 və 6 təşkil edib.

Sənədə əsasən, birinci rübdə Airbus 290 kommersiya təyyarəsi üçün sifarişilər alıb və 122-ni təhvil verib. Rüb ərzində daha 60-ı istehsal olunub, lakin onların alınması sifarışçilər tərəfindən təxirə salınıb.

“Pandemiyanın təsiri görünməmiş. Airbus – da insanların qorunması və koronavirusa qarşı mübarizənin dəstəklənməsi bu zaman bizim əsas prioritetlərimizdir”, – deyə CEO Guillaume Fori bildirib. Bəyanatda, həmçinin qeyd edilir ki, indi korporasiya tibbi avadanlığın, o cümlədən üz maskalarının və ağ ciyərlərin süni ventilyasiyası aparatlarının işlənib hazırlanmasını və çatdırılmasını fəal şəkildə dəstəkləyir.

Trend

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir