Bazar ertəsi , Noyabr 4 2024
azenru
Home / Xəbərlər / Hotel, səyahət agentliyi və turoperator faəliyyəti üzrə məşğul olan sahibkarlara dəstək paketi

Hotel, səyahət agentliyi və turoperator faəliyyəti üzrə məşğul olan sahibkarlara dəstək paketi

 I. Əmək ödənişləri ilə bağlı dəstək proqramı
Əmək ödənişlərinə dəstək proqramı dedikdə pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işçilərinin rəsmi əmək haqqı və sosial sığorta ödəmələrinin dövlət tərəfindən aprel və may aylarında kompensasiyanın edilməsi nəzərdə tutulur. İşçilərin sayı aprel ayının 1-ə kimi əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində qeydiyyata salınmış işçislərin sayına uyğun müəyyən edilir. Mexanizm aşağıdakı kimidir:

  • İşçinin əmək haqqısı 712 AZN-ə qədərdirsə, onda əmək haqqının 100 %-i dövlət tərəfindən təmin edilir.
  • İşçinin əmək haqqısı 712 AZN-dən yuxarıdırsa, o zaman, işçiyə dövlət tərəfindən veriləcək maksimum əmək haqqı 712 AZN müəyyən edilir.
  1. Əmək ödənişlərinə dəstək proqramı əmək haqqına dəstəkdən başqa işçilərin sosial siğorta haqlarının da ödənilməsini nəzərdə tutur.  Məqsəd odur ki, hər bir işçinin gələcək sosial müdafiəsi təmin edilsin və perspektivdə pensiya ilə bağlı hər hansı problem yaşanmasın. Əmək ödənişləri ilə bağlı dəstək proqramına müraciət etmək üçün sahibkarlıq subyektləri www.e-taxes.gov.az saytına daxil olmalıdırlar. Pandemiya dövründə iş yerlərini 1 mart tarixinə kimi ixtisar edən sahibkarlıq subyektləri bu dəstək paketindən faydalana bilməyəcəklər. Beləliklə, dövlət pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət sahəsi kimi, yerləşdirmə (hotel, hostel və s., səyahət agentlikləri və turoperator fəaliyyəti üzrə sahibkarlıq subyektlərinin əmək müqaviləsi ilə işə götürdüyü işçilərin əmək ödənişlərinə dəstək göstərəcəkdir.

    II. Fərdi sahibkarlara (mikro) maliyyə dəstəyi proqramı

Fərdi (mikro) sahibkarlara maliyyə yardımı dəstək proqramı dedikdə pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət sahəsində çalışan mikro və fərdi sahibkarlara minimum 250 AZN, maksimum 5000 AZN yardımın edilməsi nəzərdə tutulur. Mikro sahibkar dedikdə işçilərin sayı 10-a qədər, illik gəliri 200.000 AZN-ə qədər olan sahibkarlar nəzərdə tutulur. Yerləşdirmə (hotel), səyahət agentlikləri və turoperator fəaliyyəti üzrə fəaliyyət göstərən mikro və fərdi sahibkarlar iş yerlərini azaldmayıblarsa, habelə, 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçiriblərsə, dövlətdən birbaşa maliyyə dəstəyi alacaqlar. Sahibkarların alacaqları birbaşa maliyyə yardımının məbləği 2019-cu ildə ödədikləri vergilərin məbləğinə uyğun olaraq hesablanacaq. Belə ki, 2019-cu ildə 1 AZN-dən 250 AZN-ə qədər vergi ödəyən sahibkarlar 250 AZN məbləğində, 250-1000 AZN arasında vergi ödəyən vergi ödəyiciləri ödədikləri vergi məbləği qədər, 1000 AZN-dən çox məbləğdə vergi ödəyən vergi ödəyiciləri isə bir sıra iqtisadi meyarlar əsasında 5000 AZN-ə qədər maliyyə yardımı ala biləcəklər. Fərdi sahibkarlara (mirko) dəstək proqramına müraciət etmək üçün www.e-taxes.gov.az saytına daxil olmaq zəruridir.

Əlavə olaraq bildiririk ki, bələdçi fəaliyyəti Dövlət Vergi Xidmətində “Turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri və bununla əlaqədar fəaliyyət” adlı 79900 iqtisadi fəaliyyət növünün kodu üzrə təsnifləşdirilibdir. Yəni, VÖEN-i olan, həmçinin VÖEN əldə edərkən, Dövlət Vergi Xidmətində 79900 iqtisadi fəaliyyət növü üzrə qeydiyyatdan keçən, habelə 2019-cu ildə vergi və sosial sığorta ödəmələrini həyata keçirən bələdçilər sözügedən proqramdan faydalana, başqa sözlə dövlətdən birbaşa maliyyə yardımı əldə edə bilərlər.

         III. Vergi tətilləri, güzəşt və azadolmaları proqramı

Pandemiyadan zərər çəkmiş iqtisadi sahələrə, o cümlədən, yerləşdirmə (hotel), səyahət agentlikləri və turoperator fəaliyyəti ilə məşğul olan sahibkarlara vergilər üzrə aşağıdakı güzəşt və azadolmalar, tətillərin verilməsi ilə bağlı qanun layihəsinə aprel ayında Milli Məclisdə baxılacaqdır:

  • Tətillər
    • Mikro sahibkarlıq subyektləri üzrə hesabatların (gəlir, mənfəət, əmlak və sadələşdirilmiş vergi) verilməsi müddətinin uzadılması
    • Vergilərin ödənilməsi müddətinin uzadılması
    • Ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının müəyyən müddətə təxirə salınması
  • Güzəştlər
    • Sadələşdirilmiş vergi üzrə güzəştin verilməsi
    • Mənfəət (gəlir) vergisi üzrə müddətli güzəştlərin verilməsi
    • İcarə haqqından tutulan vergilər üzrə güzəştin verilməsi
  • Azadolmalar
    • Əmlak və torpaq vergisindən azadolmaların verilməsi
    • Mənfəət və əmlak vergisi üzrə cari vergilərdən azadolmaların verilməsi
  • Digər
    • Epidemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin gəlirdən çıxılması

          IV. Kredit-zəmanət dəstəyi proqramı

Dövlət tərəfindən kredit-zəmanət dəstəyi proqramı mövcud və yeni bank kreditlərinə münasibətdə tətbiq ediləcəkdir.

  • Kredit faizindən və müddətindən asılı olmayaraq, biznesin mövcud bank kreditlərinə aşağıdakı dəstək göstəriləcəkdir.
    • Kredit faizlərinin subsidiyalaşdırılması – Yerləşdirmə, səyahət agentliyi və turoperator fəaliyyəti üzrə olan sahibkarların mövcud bank kreditlərinin (2020-ci il 10 mart tarixinə qədər)  faiz dərəcələrinin 10 %-i dövlət tərəfindən qarşılanacaq. Yəni, 18 %-lik bank kredit faizinin 10 %-ə qədər olan hissəsi dövlət tərəfindən, 8 % hissəsi isə sahibkar tərəfindən qarşılanacaqdır.
  • 15 % və 3 il müddətinə biznesin götürəcəyi yeni kreditlərə (500 mln AZN) aşağıdakı dəstək göstəriləcəkdir.
    • Kredit-zəmanətin verilməsi – Dövlət pandemiyadan əziyyət çəkmiş sahələrin, o cümlədən, yerləşdirmə, səyahət agentliyi və turoperator fəaliyyəti üzrə fəaliyyət göstərən sahibkarların banklardan 15 % və 3 il müddəti üçün yeni götürdükləri kreditlərinin ümumi məbləğinin 60 % hissəsinə zəmanət duracaq.
    • Kredit faizlərinin subsidiyalaşdırılması – Dövlət pandemiyadan əziyyət çəkmiş sahələrin, o cümlədən, yerləşdirmə, səyahət agentliyi və turoperator fəaliyyəti üzrə fəaliyyət göstərən sahibkarların 15 % və 3 il müddətinə yeni götürdükləri bank kreditlərinin faizlərinin 50 %i subsidiyalaşdıracaq.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir