Bazar , Noyabr 3 2024
azenru
Home / Xəbərlər / “Yay səyahəti üçün alınmış tur paketləri qaytarmağa tələsməyin”

“Yay səyahəti üçün alınmış tur paketləri qaytarmağa tələsməyin”

Koronavirus pandemiyası ilə bağlı proseslərin necə davam edəcəyini indidən proqnozlaşdırmaq bir o qədər də asan deyil. Amma hesab edirəm ki, indidən iyul-avqust ayları üçün xarici ölkələr üzrə alınmış tur paketlərin qaytarılması ilə bağlı qərarın verilməsi üçün çox tezdir.

Bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

Tur paket alanlara bir qədər də gözləməyi tövsiyə edən agentlik rəsmisi vəziyyətin yaxşılaşacağına və planlarda dəyişiklik edilməsinə ehtiyacın yaranmayacağına ümid etdiyini də söyləyib:

“Biz ümid edirik ki, 1-2 ay ərzində problemi nəzarət altına sala bilərik. Əgər pandemiyanın yayılması prosesini nəzarət altına ala bilsək, insanlar daxili turizmə üstünlük verəcəklər. Əgər bu, mümkün olarsa, daxili turizm şirkətləri bu məsələdə daha çox təşviq ediləcək ki, onlar daha da aktivləşsinlər, daha çox turistlərimiz bölgələrimizə səfər etsinlər”.

K.Qasımov əlavə edib ki, səyahətləri üçün əvvəlcədən bronlaşdırma aparan şəxslərə biletin geri qaytarılmayaraq başqa bir vaxt üçün dəyişdirilməsi təklif olunursa, onlar bunu anlayışla qarşılamalıdırlar:

“Əgər hoteldə də bronlaşdırılan yer sonrakı dövr üçün təxirə salına bilərsə, insanlar, məncə, bununla da razılaşmalıdırlar. Əks halda, bunun başqa cür icra edilməsi mümkünsüzdür”.

Trend.az

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir