Şənbə , Noyabr 23 2024
azenru
Home / Xəbərlər / Şengen məkanı daha bir neçə ay – BAĞLI QALA BİLƏR

Şengen məkanı daha bir neçə ay – BAĞLI QALA BİLƏR

“Koronavirus pandemiyası ilə bağlı Şengen məkanının sərhədləri böyük ehtimalla yay aylarınadək bağlı qalacaq”.

TravelNews.az xəbər verir ki, bu barədə RMC radiosunda çıxışı zamanı bildirən Avropa Komissiyasının daxili bazar komisarı Tierri Breton deyib.

O, məsələnin hazırda müzakirə olunduğunu bildirib: “Mən səbirsizəm, məhdudiyyətlərin 5 həftə uzanması çoxdur, biz suallar veririk, lakin gerçəkliyə qayıtmalıyıq”.

BFM telekanalının canlı efirində çıxış edən avropalı komisar Şengen məkanının daxilindəki gediş-gəliş məsələsinə də toxunub: “Bizim coğrafiyamıza və qayda-qanunlarımıza hörmət olmalıdır. Bütün ölkələrin eyni vaxtda təcrid vəziyyətindən çıxacaqlarını heç kim söyləyə bilməz”.

AK rəsmisi həmçinin pandemiya başa çatandan sonra da “bir neçə ay qüvvədə qalacaq əlavə məhdudiyyətlər”in tətbiq olunacağını da istisna etməyib.

Fransanın nəqliyyat naziri Elizabet Born da hətta iyul ayında belə Birləşmiş Ştatlara və Asiyaya səyahət planı quranları bunun ağlabatan olmadığı barədə xəbərdar edib.

Mart ayının ortalarında Fransa Prezidenti Emanuel Makron yeni koronavirusla mübarizə çərçivəsində Şengen məkanının sərhədlərinin 30 gün bağlı qalacağını bildirmiş, martın 17-də Avropa İttifaqı dövlət və hökumət başçıları bu barədə qərarı təsdiqləmişdlər. Aprelin 13-də televiziya ilə xalqa müraciəti zamanı Fransa lideri daxili təcrid rejiminin başa çatacağı mayın 11-dən sonra da qeyri-Avropa ölkələrilə gediş-gəlişin açılmayacağını diqqətə çatdırmışdı.

Report

 

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir