Xaricdə olan vətəndaşlarımız yaxın vaxtlarda xüsusi çarter reysləri ilə ölkəyə gətiriləcək.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının xarici ölkələrdən gətirilməsi məsələsi daim müzakirə olunur: “Lakin onların yerləşdirilməsi üçün müəyyən yerlər olmalıdır ki, karantində normal şəraitdə saxlanılsınlar. Bu istiqamətdə bəzi problemlər həmin ölkələrdəki karantin yerləri ilə də bağlıdır. Amma qərara alınıb ki, xaricdə olan vətəndaşlarımız xüsusi çarter reysəri ilə ölkəyə gətirilsin. Bu məsələ yaxın vaxtlarda həllini tapacaq”.
Trend