Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / Nəqliyyat / Formula 1 Azərbaycan Qran Prisinə alınmış biletlərlə bağlı AÇIQLAMA

Formula 1 Azərbaycan Qran Prisinə alınmış biletlərlə bağlı AÇIQLAMA

Koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmış Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran Prisinə alınmış biletlərlə bağlı məsələyə Bakı Şəhər Halqası (BŞH) aydınlıq gətirib.

BŞH-dən  verilən məlumata görə, alınan biletlər hələ də qüvvədədir. Lakin BŞH biletlərin qaytarılması üçün də şərait yaradıb. Belə ki, əgər kimsə bileti qaytarmaq istəyirsə, [email protected] email vasitəsi ilə müraciət edə bilər.

Qeyd edək ki, 2020-ci ildə Formula 1 Azərbaycan Qran prisinin keçiriləcəyi tarix hələki müəyyənləşdirilməyib. Formula 1 şirkəti çempionatın 2020-ci il üçün yeni təqvimini hələ elan etməyib.

Bu istiqamətdə BŞH ilə Formula 1 şirkəti arasında daim əlaqələr davam etdirilir. Yarışın tarixi müəyyən olunan kimi bu barədə ictimaiyyətə məlumat veriləcək.

Həmçinin qeyd olunub ki, hazırda yarışla bağlı Bakı şəhərində hər hansı tikinti işi aparılmır. Yarışın tarixi müəyyən olunduqdan sonra tikinti işlərinə başlanması mümkündür.

Xatırladaq ki, Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran Prisinin 5-7 iyun tarixlərində keçirilməsi planlaşdırılırdı. Koronavirus pandemiyası səbəbindən yarış təxirə salınıb.

Trend

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir