COVID-19 koronavirus infeksiyası pandemiyasının davam etməsi, habelə “Azərbaycan Hava Yolları” və Buta Airways aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar, 2020-ci ilin 15 iyun tarixinədək (15 iyun daxil olmaqla) uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılmışdır.
⠀
Alternativ olaraq, sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur. Pul vəsaitinin qaytarılması aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçiriləcək.
⠀
Daha ətraflı AZAL-ın rəsmi saytında: https://www.azal.az/az/offer/547