Cümə , Noyabr 22 2024
azenru
Home / Tədbirlər / “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları” mövzusunda onlayn müzakirə keçirilib

“Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları” mövzusunda onlayn müzakirə keçirilib

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşəbbüsü ili “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları” mövzusunda onlayn müzakirə keçirilib.

Müzakirələr zamanı Azərbaycanda turizm sektorunun hazırkı vəziyyəti, böhrandan çıxış yolları, post-pandemiya dövründən sonra turizmin inkişaf planları, yay mövsümünə hazırlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrdə çıxış edən Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə pandemiyadan sonra ölkə turizminin bərpasının mərhələli şəkildə həyata keçiriləcəyini deyib. Sektor müdiri hazırda əsas prioritetin daxili turizmin inkişafı olduğunu və bu istiqamətdə xüsusi kampaniyaların keçiriləcəyini bildirib. Kənan Quluzadə satışa istiqamətlənən marketinqin daha çox məlumatlılığın saxlanmasına yönəldiyini, eyni zamanda vətəndaşların sağlamlığının və təhlükəsizliyinin ön plana çəkildiyini vurğulayıb.

Pandemiyadan öncə üzərində işlənilən turizm layihələrinin davam etdirildiyini deyən Azərbaycan Turizm Bürosunun turizm sənayesi və destinasiyanın inkişafı departamentinin direktoru İlkin Cavadov hazırda bu istiqamətdə təkmilləşdirmə prossesinin həyata keçirildiyini bildirib. O, “Macəra yaxındadır” platformasında artıq turizm şirkətləri və hotellər üçün qeydiyyatın açıq olduğunu, ölkə vətəndaşlarının istirahəti üçün digər turizm fəaliyyət növlərinin də yerləşdiriləcəyini qeyd edib.

İlkin Cavadov səfərlər təxirə salındığı üçün xarici bazarlarla işlərin elektron platformalar vasitəsi ilə davam etdirildiyini də diqqət çatdırıb. O, sərhədlər açılandan sonra əsas üstünlüyün qonşu olkələrə veriləcəyini, daha sonrakı mərhələdə isə digər xarici ölkələrə istiqamət götürüləcəyini bildirb.

Azərbyacan Turim Agentlikləri Assosiasiyasın İdarə Heyətinin sədri Rüfət Hacıyev yay mövsümündə vətəndaşlara münasib qiymətlərə turizm xidmətlərinin göstərilməsi üçün müxtəlif istiqamətlərdə yerləşən hotellər və turizm mərkəzləri ilə görüşlərin keçirildiyini, eyni zamanda əməkdaşlıq istiqamətində qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün təkliflər üzərində işlər aparıldığını bildirib. Rüfət Hacıyev turizm şrkətləri ilə bağlı əvvəllər yaşanan narazılıqların yenidən baş verməməsi üçün turizm şirkətlərinin fəaliyyətində keyfiyyət standartlarının artırılması, müəyyən tənzimləmələrin və mexanizimlərin olmasına ehtiyac olduğunu da diqqqət çatdırıb.

Azərbaycan Hotel Assosiasiyasının vitse-prezidenti Elgün Məmmədov çıxışı zamanı yay mövsümündə region hotellərinə daha çox tələbatın olacağını qeyd edib. Onun sözlərinə görə pandemiya dövrünə qədər hotellər üçün prioritet müştəri xidmətləri və gəlirləri sayılırdısa, hazırda əsas diqqət qonaqların hoteldə sağlamlığına, gigiyena qaydalarının artırılmasına və müştərilərin təhlükəsizliyinə ayrılacaq.

Karantin dövründən sonra Turizm İnformasiya Mərkəzlərinin yenidən işə başlayacağını və “Baku City Tour” turistik avtobusların da fəaliyyətinin bərpa olunacağını deyən Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov yay mösümündə vətəndaşlara yeni kampaniyaların da təqdim olunacağını deyib. O, yerli turistlərin BakuCardlardan istifadə edə bilməsi üçün müəyyən dəyişikliklərin ediləcəyini də bildirib.

Müzakirələr zamanı Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Tural Musayev sərhədlər bağlı olduğu üçün təəssüf ki, bələdçilərin işsiz qaldığını bildirib. O, turizm tam bərpa olunana qədər bələdçiliklə məşğul olan kadrları itirməmək üçün hazırda müxtəlif treninqlərin keçirildiyini qeyd edib. Tural Musayev mövcud vəziyyəti nəzərə alaraq daxili turizm xidmətləri göstərən şirkətləri bələdçilərə dəstək olmağa çağırıb.

Onlayn müzakirlər zamanı vətəndaşların turizmlə bağlı ünvanladığı suallar da cavablandırılıb.

Onlayn müzakirələrin videosuna aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz:

https://www.youtube.com/watch?v=1GGsdHSrs8k&feature=youtu.be

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir