Çərşənbə axşamı , Dekabr 3 2024
azenru
Home / Destinasiyalar / Bu ölkə 2021-ci ilədək turist – QƏBUL ETMƏYƏCƏK

Bu ölkə 2021-ci ilədək turist – QƏBUL ETMƏYƏCƏK

Avstraliya hakimiyyəti 2021-ci ilə qədər turistlər üçün sərhədləri açmağı planlaşdırmır.

Bu barədə “Lonely Planet” xəbər verib.

Avstraliya pandemiyanın öhdəsindən uğurla gəlib, lakin hələ ki, risk etməyə və xarici səyahətçilər üçün sərhədləri açmağa tələsmir.

Yaşıl kontinentin Turizm naziri Saymon Birminqem bildirib ki, beynəlxalq turizmlə bağlı qadağa, çox güman, 2021-ci ilədək davam edəcək.

İstisnalar əcnəbi tələbələr və ölkədə müvəqqəti yaşayış icazəsi olanlar üçün edilə bilər. Onlar iki həftəlik karantindən keçməli olacaqlar.

Qeyd edək ki, Avstraliyada 7 391 (son sutkada 21) nəfərdə koronavirus aşkarlanıb. Onlardan 102-si vəfat edib, 6 877-si sağalıb. Ölkədə 412 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2-si ağır vəziyyətdədir.

(Qafqazinfo)

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir