Cümə , Noyabr 22 2024
azenru
Home / Nəqliyyat / “FlyDubai” Dubay-Bakı-Dubay marşrutu üzrə birbaşa uçuşlara başladı

“FlyDubai” Dubay-Bakı-Dubay marşrutu üzrə birbaşa uçuşlara başladı

İyulun 14-dən etibarən “FlyDubai” aviaşirkəti Dubay-Bakı-Dubay marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməyə başladı.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, reyslər həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Aviabiletləri aviaşirkətin rəsmi www.flydubai.com saytında əldə etmək olar. Bu zaman reyslər xüsusi şərtlərə əsasən həyata keçiriləcəkdir.

Belə ki, BƏƏ-yə giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar, Bakıdan Dubaya reysə yalnız aşağıdakı sərnişinlərə icazə verilir:

– ölkəyə giriş üçün əvvəlcədən vizanın alınmasına ehtiyacı olmayan sərnişinlər;

– turizm vizası olan sərnişinlər;

– BƏƏ-də daimi yaşayış icazəsi olan sərnişinlər.

Qeyd olunan sərnişinlər aşağıdakı keçiddən istifadə etməklə giriş icazəsini almaq üçün müraciət etməlidirlər: https://smart.gdrfad.gov.ae/Smart_OTCServicesPortal/ReturnPermitServiceForm.aspx

Digər əmirliklərin rezidentləri aşağıdakı keçiddən istifadə etməklə icazə almalıdırlar: https://smartservices.ica.gov.ae/echannels/web/client/default.html#/login

Giriş icazəsi reysə qeydiyyatdan keçməzdən əvvəl alınmalıdır.

Bundan əlavə, Dubaya gələn bütün sərnişinlər aşağıda qeyd olunan əlavəni yükləməli və qeydiyyatdan keçməlidirlər:

Android:

https://play.google.com/store/apps/details?id=ae.gov.dha.covid19&hl=en_US

IOS:

https://apps.apple.com/ae/app/covid19-dxb-smart-app/id1504818399

Dubaydan Bakıya reyslərə aviabiletlər yalnız Azərbaycan vətəndaşları tərəfindən əldə edilə bilər.

Yeni qaydalara uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş sərnişinlər uçuşlara buraxılır. Bununla əlaqədar olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı genişlənmişdir. Həmin siyahı ilə aşağıda tanış ola bilərsiniz:

– Referans laboratoriyası;

– Leyla klinikası;

– Memorial klinikası;

– Bona Dea xəstəxanası;

– İnci laboratoriyası;

– Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

– Kaspian Hospital;

– UltraLab.

BƏƏ-də PCR-testinə dair arayış təqdim edən klinika və laboratoriyalarda müayinədən keçmək olar.

 

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir