Şənbə , Noyabr 23 2024
azenru
Home / Nəqliyyat / AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir
19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir.
Reyslər hər gün həyata keçiriləcək: Bakıdan uçuş – saat 13:00, Naxçıvandan uçuş – saat 16:10.
Hava gəmisinə COVID-19 testi üzrə mənfi nəticə barədə arayış təqdim edən sərnişinlər buraxılacaq.
Pandemiya dövründə reyslərin sayının məhdud olduğunu və yüksək tələbatı nəzərə alaraq, qeyd edilən istiqamətdə aviabiletlərin satışı ardıcıllıq prinsipi ilə həyata keçirilir.
Müraciət zamanı sərnişinlərdən şəxsiyyət vəsiqələrinin skan edilmiş surətlərini və geri əlaqə üçün əlaqə nömrələrini göndərmələri tələb olunacaq.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir