2021-ci ilin dövlət büdcəsindən Dövlət Turizm Agentliyinə ayrılacaq vəsait müəyyənləşib.
Bu barədə məlumat “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyətinin mərhələlərlə beynəlxalq standartlara çatdırılması və turizmin rəqabət qabiliyyətinin artırılması məqsədilə 2021-ci ilin dövlət büdcəsində Dövlət Turizm Agetliyinə 55,4 milyon manat vəsait yönəldiləcək.
mənbə:apa.az