Bazar , Noyabr 24 2024
azenru
Home / Nəqliyyat / “Türk Hava Yolları” səhmdarlarına 840 mln dollar dividend ödəyəcək

“Türk Hava Yolları” səhmdarlarına 840 mln dollar dividend ödəyəcək

Bu gün “Türk Hava Yolları” aviaşirkətinin ümumi iclası keçirilib.

TravelNews.Az-ın “Report”-a istinadən verdiyi xəbərə görə, iclasda aviaşirkətin ötənilki mənfəətindən 3 mlrd. türk lirəsi (təqribən 843 mln. ABŞ dolları) məbləğində dividendin səhmdarlara ödənilməsi barədə qərar qəbul edilib.

Ödənişlər 3 mərhələdə – iyunun 15-də, sentyabrın 15-də və dekabrın 15-də həyata keçiriləcək. Bununla bağlı xəbər yayıldıqdan sonra İstanbul birjasında (“Borsa İstanbul”) aviaşirkətin səhmləri 0,59 lirə və yaxud 0,52% bahalaşaraq 12,02 lirəyə çatıb.

Xatırladaq ki, “Türk Hava Yolları”nın səhmlərinin 51%-i “Turkcell Holding”ə məxsusdur.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir