Cümə , Noyabr 22 2024
azenru
Home / Nəqliyyat / Xəzər Dəniz Gəmiçiliyinin elektron biletlərinə maraq yüksəkdir

Xəzər Dəniz Gəmiçiliyinin elektron biletlərinə maraq yüksəkdir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin onlayn bilet xidmətindən cari ilin yanvar-iyul ayları ərzində 348 nəfər istifadə edib. Alınan biletlərin 169-u ikitərəfli olub.

TravelNews.Az “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəsmi saytına istinadən xəbər verir ki, onlayn bilet satışı sisteminin işə düşdüyü dövrdən indiyədək 456 bilet satılıb. Bu biletlərdən 244-ü ikitərəfli alınıb.

Qeyd edək ki, Gəmiçilikdə onlayn bilet satışı sistemi 2016-cı ilin sentyabrından tətbiq edilir.

Onlayn bilet sifarişi edənlərin əksəriyyəti Türkiyə vətəndaşlarıdır. Gediş-gəlişin ən çox müşahidə olunduğu istiqamətlər isə Aktau-Ələt, Ələt-Aktaudur. Son günlər Avropa ölkələrindən də bilet sifarişinə maraq artıb.

Elektron bilet xidməti ölkəmizdən keçən beynəlxalq nəqliyyat marşrutlarına cəlbediciliyin yüksəldilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə ilə yük və sərnişin daşımalarında sənədləşmənin sadələşdirilməsi və operativliyin artırılması məqsədi ilə gerçəkləşdirilir. Üstəlik, bu xidmət daha güvənli və sərfəlidir. Müştəri hər hansı vasitəçiyə müraciət edib əlavə pul ödəmək məcburiyyətində deyil.

Bu sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından da çox əlverişlidir. Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır.

Xatırladaq ki, xidmətdən yararlanmaq üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin internet saytında onlayn ödəniş üçün müvafiq xanalar doldurulmalıdır. Ro-Ro və bərə gəmiləri ilə müxtəlif tipli avtomobillərin və sərnişinlərin daşınması sifarişini aşağıdakı internet ünvana daxil olmaqla etmək mümküdür: https://public.acsc.az/online/payment/index/az/

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir