Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / Destinasiyalar / “Ölkəmizə gələn xarici turistlər 1.3 milyard dollar xərcləyib” – NAZİR MÜAVİNİ

“Ölkəmizə gələn xarici turistlər 1.3 milyard dollar xərcləyib” – NAZİR MÜAVİNİ

Son illər ərzində turizm qeyri-neft sektoru arasında Azərbaycan iqtisadiyyatının şaxələndiriməsi istiqamətində aparıcı sahələrdən biri olub.

TravelNews.Az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Beynəlxalq Miqrant Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.

N.Səmədov bildirib ki, dövlət başçısının turizm sahəsinə verdiyi dəstək, göstərdiyi diqqət və qayğı öz nəticəsini verib.

Nazir müavini deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 11 ayı ərzində Azərbaycana gələn turistlərin sayı 20 faiz artaraq 2 milyon 477 mindən artıq olub.

N.Səmədov bildirib ki, ölkəmizə gələn xarici turistlər 1.3 milyard dollar xərcləyib, Azərbaycandan xaricə gedən turstlər isə 1.2 milyard dollar xərcləyib: “100 milyon dollar müsbət saldo yaranıb ki, bu da müsbət haldır”.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir