Cümə , Noyabr 22 2024
azenru
Home / Destinasiyalar / Ötən il Yaponiyaya rekord sayda turist gəlib

Ötən il Yaponiyaya rekord sayda turist gəlib

2017-ci ildə Yaponiyaya rekord sayda, təqribən 28,8 milyon nəfər turist gəlib.

TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, əvvəlki illə müqayisədə 19 faiz artım deməkdir. Altı ildir ki, fasiləsiz olaraq bu gündoğar ölkəyə gələn turistlərin sayı artır. Bu, o deməkdir ki, Yaponiyada hökumətin 2020-ci ilədək əcnəbi turistlərin sayını 40 milyona çatdırmaq barədə müəyyən etdiyi vəzifə uğurla həyata keçirilir. Həmin il Tokioda Yay Olimpiya və Paralimpiya Oyunları keçiriləcək.

Buna səbəb kimi Yaponiya ilə Çin, Cənubi Koreya və Asiyanın digər ölkələri arasında ucuz büdcə aviareyslərinin sayının artırılması göstərilir. Eyni zamanda, burada Yaponiyaya gəlmək istəyənlər üçün viza verilişinin sadələşdirilməsi də mühüm rol oynayıb.

Gündoğar ölkəyə gələn turistlər arasında birinci yeri Çin vətəndaşları tutur. Belə ki, ötən il Çinin qitə hissəsindən və Honqkonqdan Yaponiyaya 8,8 milyon turist gəlib. İkinci yeri 6,5 milyon turistin gəldiyi Cənubi Koreya tutub.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir