Bazar , Noyabr 24 2024
azenru
Home / Təşkilat və Operatorlar / AZTA Macarıstanın Azərbaycandaki səfirliyi ilə birgə komissiya yaradır

AZTA Macarıstanın Azərbaycandaki səfirliyi ilə birgə komissiya yaradır

Azərbaycan Turizm Assosiasiyası Macarıstanın Azərbaycandaki səfirliyi ilə birgə komissiya yaradır.

TravelNews.Az xəbər verir ki, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov bu gün Macarıstanın Azərbaycandaki fövqaladə və səlahiyyətli səfiri Viktor Szederkenyi qəbul edib. Görüş zamanı əsasən iki ölkə arasında turizm sahəsində əməkdaşlığın bu günkü səviyyəsi və perspektiv inkişaf məsələləri müzakirə olunub.

Səfir 2017 –ci ildə Azərbaycandan Macarıstana gələn turistlərin sayının azalmasını qeyd edərək, bu tendensiyanın dəyişdirilməsi istiqamətində birgə fəaliyyətin həyata keçirilməsini təklif edib. AZTA rəhbəri, ikitərəfli turizm axınının təmin edilməsi və artırılması sahəsində birgə fəaliyyətə hazır olduğunu bildirib.

Görüşün nəticəsi olaraq assosiasiya və səfirlik arasında birgə komissiyanın yaradılması qərara alınıb. Birgə komissiyanın fəaliyyəti ikitərəfli turizm axınına dəstəyin göstərilməsindən ibarət olacaq. İlkin olaraq, Azərbaycan Turizm Assosiasiyası səfirliyə AZTA-nın üzvü olan nümunəvi şirkətlərin siyahısını təqdim edəcək. Hazırda bu istiqamətdə işlər aparılır və siyahı yaxın günlərdə təqdim olunacaq.

Azərbaycan Turizm Assosiasiyası, həmçinin AZTA üzvləri üçün xüsusi viza qeydiyyatı prosedurlarının tətbiqini təklif edib.

Tərəflər qarşılqlı infoturların və ikitərəfli (B2B) görüşlərin keçirilməsi barədə qərara gəliblər.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir