Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Digər / Dünyanın ən böyük sərnişin təyyarəsi Bakıda

Dünyanın ən böyük sərnişin təyyarəsi Bakıda

TravelNews xəbər verir ki, dünən axşam saatlarında Bakı aeroportuna dünyanın ən böyük sərnişin təyyarəsi Airbus A380 enmişdir. “Hi Fly” aviaşirkətinin çarter reysi mayın 29-da Bakıda keçiriləcək Avropa Liqası Finalına UEFA-nın nümayəndə heyətini gətirmişdir.

Qeyd edək ki, Airbus A380 — Airbus tərəfindən istehsal edilən iki mərtəbəli, geniş gövdəli, dörd mühərrikli təyyarədir. Dünyanın ən böyük sərnişin təyyarəsi olduğu üçün hava limanlarının çoxu bu hava gəmisini qəbul edə bilmirlər. Operatorlar hal-hazırda onu qəbul etmək üçün hava limanlarında təkmilləşdirmə işləri aparırlar. Bakı aeroportu isə uzun, geniş və möhkəm eniş xəttinə sahib olduğu üçün təyyarəni rahatlıqla qarşılayıb. Airbus A380 ilk uçuşunu 27 aprel 2005-ci ildə etmişdir. İstismara isə 25 oktyabr 2007-ci ildə Singapore Airlines tərkibində buraxılmışdır. Airbus A380 525 sərnişini fasiləsiz olaraq 15 min kilometr məsafəyə daşıya bilər. Daha yaxşılaşdırılmış versiyası olan A380plus hələ inkişaf mərhələsindədir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir